Bu Blogda Ara

3 Eylül 2015 Perşembe

Qrup 02. Ət və əlavə ət qida məhsulları

Qrup 02. Ət və əlavə ət qida məhsulları


Qeydlər:

1. Bu qrupa aşağıdakılar daxil edilmir:
a) 0201-0208 və ya 0210 mal mövqelərində göstərilmiş, yemək üçün yararsız məhsullar;
b) heyvanların bağırsaqları, kisəcikləri və ya gödənləri (0504 mal mövqeyi) və ya heyvan qanı (0511 və ya 3002 mal mövqeləri); və ya
c) heyvan piyləri, 0209 mal mövqeyində göstərilən məhsullardan başqa (15-ci qrup)
Əlavə qeydlər:
1A. Sadalanan terminlər aşağıdakı mənaları bildirir:
a) 0201 10 və 0202 10 yarımmövqelərində «iribuynuzlu heyvan cəmdəyi» dedikdə kəsilmiş heyvanların qansızlaşdırılmadan, içalatı çıxarılandan və dərisi soyulandan sonra başı ilə birlikdə və ya başsız, ayaqlarıyla və ya ayaqlarsız, başqa əlavə ət məhsulları ilə birlikdə və ya onlarsız idxal edilən bütöv cəmdəkləri. Əgər cəmdək başsız idxal edilirsə, sonuncu cəmdəkdən atlant-peysər oynaq nahiyyəsindən ayrılır. Cəmdəklər ayaqlarsız idxal edilərkən sonuncular bilək-əl darağı və ya ayaq darağının arxası nahiyyəsindən çıxarılır; «cəmdəyə» cəmdəyin qabaq hissəsi bütün sümüklər və boyun əti, eyni zamanda boyun daxildir, bu zaman boyun hissəsi və kürək symyüynün qabırğa hissəsində 10 cütdən çox qabırğa olmalıdır;
b) 0201 10 və 0202 10 yarımmövqelərində «iribuynuzly heyvanın şaqqası» dedikdə bütöv cəmdəyin hər bir boyun, döş, bel və oma fəqərəsinin ortadan, döş və yan-qasıq birləşməsinin mərkəzindən simmetrik olaraq ayrılması nəticəsində alınan məhsul nəzərdə tutulur;
«şaqqa» onun bütün sümükləri və boyun əti eyni zamanda boyun kəsiyi daxil olmaq şərti ilə qabaq hissədən ilarət olmalı dır. Bu zaman boyun və kürək hissədə 10-dan çox qabırğa olmalıdır;
v) 0201 20 200 0 və 0202 20 100 0 alt yarımmövqeyilərindəki «kompensasiya olunmuş yarımşaqqalar» ibarətdir:
  • ön yarımşaqqa, bütün sümükləri və kəsiyi ilə, boyun hissəsi və kürəyin 10-cu qabırğa səviyyəsindən kəsilmiş qabırğa hissəsi və arxa yarımşaqqa bütün sümükləri ilə, 3-cü qabırğa səviyyəsindən kəsilmiş bud tərəflə birlikdə;
  • ön yarımşaqqa, bütün sümükləri və kəsiyi ilə, boyun hissəsi və kürəyin 5-ci qabırğa səviyyəsindən kəsilmiş bütöv paşina və döş hissəsi ilə, 8-ci qabırğa səviyyəsindən kəsilmiş bud tərəflə birlikdə.
«Kompensasiya olunmuş yarımşaqqanı» təşkil edən ön və arxa yarımşaqqalar eyni zamanda və eyni miqdarda idxal olunmalıdır, və bu zaman ön yarımşaqqaların ümumi çəkisi arxa yarımşaqqaların ümumi çəkisinə bərabər olmalıdır. Bununla belə mal partiyasının bu iki hissəsinin çəkisində müəyyən fərq ola bilər, bir şərtlə ki, həmin fərq (ön və arxa şaqqaların) daha ağır hissəsinin çəkisinin 5%-dən artıq olmasın;
q) 0201 20 300 0 və 0202 20 300 0 alt yarımmövqelərindəki «bölünməmiş ön yarımşaqqalar» - cəmdəyin bütün sümükləri və boyun kəsiyi, boyun hissəsi və minimum 4 cüt və maksimum 10 cüt qabırğadan (birinci dörd cüt bütöv, qalanları isə doğranmış ola bilər) ibarət olan kürəyin qabırğa hissəsi ilə birlikdə ön hissəsi, paşina ilə və ya paşinasız;
d) 0201 20 300 0 və 0202 20 300 0 alt yarımmövqelərindəki «bölünmüş ön yarımşaqqalar» - şaqqanın bütün sümükləri və boyun kəsiyi, boyun hissəsi və minimum 4 cüt və maksimum 10 cüt qabırğadan (birinci dörd cüt bütöv, qalanları isə doğranmış ola bilər) ibarət olan kürəyin qabırğa hissəsi ön hissəsi ilə birlikdə, paşina ilə və ya paşinasız;
e) 0201 20 500 0 və 0202 20 500 0 alt yarımmövqelərindəki «bölünməmiş arxa yarımşaqqalar» - cəmdəyin bütün sümüklərlə, budla , file hissəsi daxil olmaqla, minimum 3 cüt doğranmış və ya doğranmamış qabırğa ilə birlikdə arxa hissəsi, qalyaşka və qalyaşkasız, paşina və paşinasız;
j) 0201 20 500 və 0202 20 500 alt yarımmövqelərində «bölünmüş arxa yarımşaqqalar»-şaqqanın bütün sümükləri, baldır sümüyü və bud tərəfin daxil olduğu, ən azı üç bütöv və ya doğranmış qabırğadan ibarət olan, qalyaşka və ya qalyaşkasız, paşina və ya paşinasız arxa hissəsi;
z’) 0202 30 500 0 alt yarımmövqelərindəki «kürək» və «kürək-boyun» parçaları- kürək hissənin yuxarı onurğa tərəfi daxil olmaqla cəmdəyin qabaq yarımşaqqasının arxa hissəsi, hansı ki kürək hissəsinin minimum dörd və ya maksimum on qabırğa ilə birlikdə və birinci qabırğa ilə birinci döş seqmentin birləşmə nöqtəsindən diafraqmanın onuncu qabırğa ilə büküş yerinə qədər düz xətt üzrə doğranma yolu ilə alınır
z») 0202 30 500 0 alt yarımmövqeyində «döş ətinin» kəsiyi - döş hissənin qabaq və arxa tərəfinin daxil olduğu qabaq yarımşaqqanın aşağı hissəsi.
1B. 1A bəndində göstərilmiş doğranmamış və doğranmış qabırğaların sayını müəyyən edərkən yalnız onurğadan ayrılmamış qabırğalar nəzərə alınnır.
2A. Aşağıda sadalanan terminlərin mənaları:
a) 0203 11 100 0 və 0203 21 100 0 alt yarımmövqelərində göstərilən «cəmdək və şaqqalar» — kəsilmiş ev donuzlarının qansızlaşdırmadan və içalatı çıxarıldıqdan, dırnaqları və tükləri təmizləndikdən sonrakı cəmdəkləri. Şaqqalar bütöv cəmdəyin boyun, döş, bel və oma fəqərələrini ortadan və yan-qasıq birləşməsinin mərkəz xətti boyunca kəsilməsi yolu ilə əldə olunur. Cəmdəklər və şaqqalar başsız və ya başsız, ayaqlarla, böyrək piyi ilə, böyrəklərlə, quyruqla, diafraqma ilə və ya onlarsız ola bilər. Şaqqalarda onurğa beyni, beyin və dil çıxarıla və ya çıxarılmaya bilər. Anac donuzların cəmdəklərində və şaqqalarında yelin (süd vəzləri) saxlanıla və ya çıxarıla bilər.
b) 0203 12 110 0, 0203 22 110 0, 0210 11 110 0 və 0210 11 310 0 alt yarımmövqelərində «bud» (arxa bud) — şaqqanın arxa (quyruq) hissəsi, sümüklər daxil olmaqla, ayaq və ya ayaqsız, qolyaşka, dəri və dərialtı piy ilə və ya onlarsız.
Bud (arxa bud) şaqqanın digər hissələrindən ən çoxu son bel sümüyünün fəqərəsindən keçən xətt boyu ayrılır.
v) 0203 19 110 0, 0203 29 110 0, 0210 19 300 0 və 0210 19 600 0 alt yarımmövqelərində göstərilən «qabaq kənar» — başsız şaqqanın ön (baş) hissəsi, sümüklər daxil olmaqla, ayaq, qabaq ön ətrafın sümüksüz əti, dəri, dərialtı piy ilə birlikdə və onlarsız.
Qağaq kənar şaqqanın qalan hissələrindən ən çoxu 5 döş fəqərəsini əhatə edən xəttdən ayrılır.
Qabaq kənarın yuxarı (kürək) hissəsi, kürək sümüyü və ona bitişik ətlə birləkdə və ya onlarsız (boyun hisssəsi təzə halda və ya bekon hissəsi təzə və ya duzlanmış halda), əgər qabaq kənarın qarın hissəsində ayrıq və kəsik bilavasitə bel sütununun altından keçən xətt boyu aparılırsa, can əti parçası sayılır;
q) 0203 12 190 0, 0203 22 190 0, 0210 11 190 0 və 0210 11 390 0 alt yarımmövqelərində «kürək» (qabaq bud) - qabaq kənarın aşağı hissəsi ona bitişik ət daxil olmaqla, kürək sümüyü ilə, sümüklər, dəri və dərialtı piylə və ya onlarsız.
Ayrıca idxal olunan kürək sümüyü ona bitişik külləmə ət ilə birlikdə verilən mal mövqeyinə qadab budun bir hissəsi kimi daxil edilir.
d) 0203 19 130 0, 0203 29 130 0, 0210 19 400 0 və 0210 19 700 0 alt yarımmövqelərində «koreyka» — şaqqanın birinci boyun fəqərəsindən quyruq fəqərəsinə qədər olan hissəsi, sümüklər daxil olmaqla kəsik, kürək sümüyü, dərialtı piy, dəri ilə birlikdə və ya onlarsız.
Koreyka şaqqanın digər hissələrindən onurğa sümüyünün altından keçən xətt boyunca ayrılır;
e) 0203 19 150 0, 0203 29 150 0, 0210 12 110 0 və 0210 12 190 0 alt yarımmövqelərində «döş əti» - şaqqanın aşağı hissəsi, qabaq və arxa bud arasında olan, adətən «striki» (bekon yarısının döş hissəsi) adı ilə tanınan, sümüklə və ya sümüksüz, amma dəri və dərialtı piylə birlikdə;
j) 0210 19 100 0 alt yarımmövqeyində «bekon yarısı» — donuzun başsız, yanaq hissəsiz, ayaqsız, baksız, quyruğuz, böyrəklərsiz, kəsiksiz, böyrək piyi, kürək sümüyü, döş əti, bel sümüyü, çanaq sümüyü olmadan və diafraqmasız şaqqasını bildirir
z) 0210 19 100 0 alt yarımmövqeyində «spenser» — budsuz bekoq yarısı, sümükdən ayrılmış və ya ayrılmamış;
i) 0210 19 200 0 alt yarımmövqeyində «donuzun yan tərəfinin 3\4 hissəsi» - qabaq kənarsız bekon yarısı , sümükdən ayrılmış və ya ayrılmamış;
k) 0210 19 200 0 alt yarımmövqeyində «donuzun ortası» - budsuz və qabaq kənarsız bekon yarısı, sümükdən ayrılmış və ya ayrılmamış.
Bu mal mövqeyi donuzun ortasında təbii tərkibinə münasib olan bədən əti və döş əti toxumalarından ibarət donuz ortasının parçaları daxildir.
2B. 2A(e) bəndində göstərilən parça hissələri eyni mal mövqeyinə o halda daxil ola bilər ki, onlarda dəri və dərialtı piy olsun.
Əgər 0210 11 110 0 və 0210 11 190 0, eləcə də 0210 11 310 0, 0210 11 390 0, 0210 19 300 0 və 0210 19 600 0 alt yarımmövqelərə daxil olan parçalar 2A(j) bəndinə daxil olan sümükləri çıxarılmış bekon yarısından alınmasa, onda doğranma 2A(b,v,q) bəndinə göstərilmiş xəttlər üzrə aparılmalıdır; hər bir halda bu parçalar və onların hissələrində sümük olmalıdır.
2V. 0206 30 300 0, 0206 49 200 0 və 0210 99 490 0 alt yarımmövqelərinə ev donuzlarının başları və başların yarısı beyni, yanağı və dili və onların hissələri , çıxarılmış və ya çıxarılmamış, daxil olmalıdır.
Baş şaqqanın digər hissəsindən kəlləyə paralel düz kəsiklə ayrılır.
Yanaq hissə, donuzun burnu və qulaqları, eləcə də başa bitişik külləmə ət, xüsusilə arxa tərəfdən (bakilər daxil olmaqla) başın hissələri kimi təsnif olunur. Qabaq kənarın sümüksüz hissəsi (yanaq daxil olmaqla) konkret şərtlərdən asılı olaraq 0203 19 550 0, 0203 79 550 0, 0210 19 510 0 və 0210 19 810 0 alt yarımmövqelərə daxil edilir.
2Q. 0209 00 110 0 və 0209 00 190 0 alt yarımmövqelərində «donuzun dərialtı piyi» termini cəmdəyin hansı hissəsində yerləşməsindən asılı olmayaraq heyvanın dərisinin altında əmələ gələn piy qatı və ona bitişik piy toxumalarını bildirir; hər bir halda piy toxumalarının çəkisi dərinin çəkisindən artıq olmalıdır.
Bu alt yarımmövqeyə həmçinin donuzun dəridən ayrılmış dərialtı piyi də daxildir.
2D. 0210 11 310 0, 0210 11 390 0, 0210 12 190 0 və 0210 19 600 0 alt yarımmövqelərindəki, tərkibində ətdə su\zülal nisbəti 2,8 (zülal = azot tərkibi x 6,25) və ya az olan məhsullar «susuzlaşdırılmış və ya qaxac edilmiş» kimi sayılır.
3A. 0204 mal mövqeyində istifadə edilən terminlər aşağıdakıları bildirir:
a) 0204 10, 0204 21, 0204 30, 0204 41 mal mövqeyindəki və 0204 50 110 0 və 0204 50 510 0 alt yarımmövqelərindəki «cəmdəklər» - kəsilmiş heyvanların qansızlaşdırırılmadan, içalatı çıxarılandan və dərisi soyulandan sonra başı ilə birlikdə və ya başsız, ayaqlarıyla və ya ayaqlarsız, başqa əlavə ət məhsulları ilə birlikdə və ya onlarsız idxal edilən bütöv cəmdəkləri. Əgər cəmdək başsız idxal edilirsə, sonuncu cəmdəkdən atlant-peysər oynaq nahiyyəsindən ayrılır. Cəmdəklər ayaqlarsız idxal edilərkən sonuncular bilək-əl darağı və ya ayaq darağının arxası nahiyyəsindən çıxarılır;
b) 0204 10, 0204 21, 0204 30, 0204 41mal mövqeyindəki və 0204 50 110 0, 0204 50 510 0 alt yarımmövqelərindəki «şaqqalar» - bütöv cəmdəyin hər bir boyun, döş, bel və oma fəqərəsinin ortadan, döş və yan-qasıq birləşməsinin mərkəzindən simmetrik olaraq ayrılması nəticəsində alınan məhsul nəzərdə tutulur
v) 0204 22 100 0, 0204 42 100 0, 02 04 50 130 0 və 0204 50 530 0 alt yarımmövqelərindəki «qısa kəsikli qabaq yarımşaqqalar» - döş sümüyü ilə və ya onsuz, bütün sümükləri və kürəkləri ilə, bel sümüyü ilə düz bucaq altında ayrılmış boyun hissəsinin ortası ilə cəmdəyin qabaq hissəsi və minimum beş, maksimum yeddi cüt bütöv və ya doğranmış qabırğadan ibarət kəsik;
q) 0204 22 100 0, 0204 42 100 0, 02 04 50 130 0 və 0204 50 530 0 alt yarımmövqelərindəki «qısa kəsikli qabaq yarımşaqqa» - döş sümüyü ilə və ya onsuz, bütün sümükləri və kürəkləri ilə, bel sümüyü ilə düz bucaq altında ayrılmış boyun hissəsinin ortası ilə cəmdəyin qabaq hissəsi və minimum beş, maksimum yeddi cüt bütöv və ya doğranmış qabırğadan ibarət kəsik;
d) «kürək hissənin yuxarı onurğa tərəfləri və \ və ya böyrək hissələri» - çanaq-bud qolyaşka ilə və qısa qabaq yarımşaqqa (börəklə və ya böyrəksiz) ayrıldıqdan sonra cəmdəyin qalan hissəsi; böyrək hissədən ayrıldıqdan sonra kürək hissənin yuxarı onurğa tərəfi minimum beş bel fəqərəsindən ibarət olmalıdır; böyrək hissəsi onurğa tərəfindən ayrıldıqdan sonra minimum beş bütöv və ya doğranmış qabırğadan ibarət olmalıdır;
e) «kürək hissənin yuxarı onurğa tərəfi və \ və ya böyrək hissəsi» - çanaq-bud qolyaşka ilə və qısa qabaq yarımşaqqa (börəklə və ya böyrəksiz) ayrıldıqdan sonra şaqqanın qalan hissəsi; böyrək hissədən ayrıldıqdan sonra kürək hissənin yuxarı onurğa tərəfi minimum beş bel fəqərəsindən ibarət olmalıdır; böyrək hissəsi onurğa tərəfindən ayrıldıqdan sonra minimum beş bütöv və ya doğranmış qabırğadan ibarət olmalıdır;
j) 0204 22 500 0, 0204 42 500 0, 0204 50 190 0 və 0204 50 590 0 alt yarımmövqelərindəki «çanaq-bud hissələri qolyaşka ilə» - bel sümüyünə düz bucaq altında altıncı bel fəqərəsi səviyyəsində bilavasitə çanaq sümüyünün altından və ya dördüncü oma fəqərəsi səviyyəsində çanaq sümüyünün yan-qasıq birləşməsi istiqamətində kəsilən cəmdəyin arxa hissəsi; bütün sümüklər və arxa qolyaşkalar daxil olmaqla
z) 0204 22 500 0, 0204 42 500 0, 0204 50 190 0 və 0204 50 590 0 alt yarımmövqelərindəki «çanaq-bud hissəsi qolyaşka ilə» - bel sümüyünə düz bucaq altında altıncı bel fəqərəsi səviyyəsində bilavasitə çanaq sümüyünün altından və ya dördüncü oma fəqərəsi səviyyəsində çanaq sümüyünün yan-qasıq birləşməsi istiqamətində kəsilən şaqqanın arxa hissəsi; bütün sümüklər və arxa qolyaşkalar daxil olmaqla
3B. 3A bəndində göstərilmiş doğranmamış və doğranmış qabırğaların sayını müəyyən edərkən yalnız onurğadan ayrılmamış qabırğalar nəzərə alınnır.
4. Sadalanan terminlər aşağıdakı mənaları bildirir:
a) 0207 13 200 0- 0207 13 600 0, 0207 14 200 0 — 0207 14 600 0, 0207 26 200 0 — 0207 26 700 0, 0207 27 200 0 — 0207 27 700 0, 0207 35 210 0 — 0207 35 630 0 və 0207 36 210 0 — 0207 36 630 0 alt yarımmövqelərindəki «sümüklü cəmdək hissələri» - sümüyü olan hissələr.
(a) bəndində göstərilən, lakin sümükləri qismən çıxarılan cəmdək hissələri 0207 13 700 0, 0207 14 700 0, 0207 26 800 0, 0207 35 790 0 və ya 0207 36 790 0 alt yarımmövqelərinə daxil edilir
b) 0207 13 200 0, 0207 14 200 0, 0207 26 200 0, 0207 27 200 0, 0207 35 210 0, 0207 35 230 0, 0207 35 250, 0207 36 210, 0207 36 230 və 0207 36 250 0 alt yarımmövqelərindəki «yarı hissələr» - ev quşlarının döş sümüyünün və bel sümüyünün uzununa kəsilməsi ilə alınan hissələridir;
v) 0207 13 200 0, 0207 14 200 0, 0207 26 200 0, 0207 27 200 0, 0207 35 210 0, 0207 35 230 0, 0207 35 250 0, 0207 36 210 0, 0207 36 230 0 və 0207 36 250 0 alt yarımmövqelərindəki «yarımşaqqa» - şaqqaların bölünməsi yolu ilə alınmış ayaq və ya döş yarımşaqqalarını bildirir;
q) 020713 300 0, 0207 14 300 0, 0207 26 300 0, 0207 27 300 0, 0207 35 310 0 və 0207 36 310 0 alt yarımmövqelərindəki «bütöv qanatlar, nazik ucla və ya onsuz» - ətraf əzələlərlə birlikdə çiyin sümüyü, mil sümüyü və dirsək sümüyündən ibarət cəmdək hissələri. Əl sümüyündən ibarət nazik uc çıxarılı bilər. Bu parçalar cəmdəkdən oynaqlardan ayrılmalıdır;
d) 0207 13 500 0, 020714 500 0, 020726 500 0, 0207 27 500 0, 0207 35 510 0, 0207 35 530 0, 0207 36 510 0 və 0207 36 530 0 alt yarımmövqelərindəki «döş» - ətraf əzələləri ilə döş əti və hər iki tərəfin qabırğılarından ibarət olan çəmdək hissələri;
e) 0207 13 600 0, 0207 14 600 0, 0207 35 610 0, 0207 35 630 0, 0207 36 610 0 və 0207 36 630 0 alt yarımmövqelərindəki «bud» - ev toyuqlarının tikələri omba, böyük baldır və kiçik baldır sümünkləri ətraf əzələləri ilə birlikdə. Bu parçalar cəmdəkdən oynaqlardan ayrılmalıdır.
j) 0207 26 600 0 və 0207 27 600 0 alt yarımmövqelərindəki «hindtoyuğu baldırı» - hindtoyuqlarının tikələri, böyük baldır və kiçik baldır sümünkləri ətraf əzələləri ilə birlikdə. Bu parçalar cəmdəkdən oynaqlardan ayrılmalıdır.
z) 0207 26 600 0 və 0207 27 600 0 alt yarımmövqelərindəki «hindtoyuğu budları, baldırdan başqa» - hindtoyuqlarının tikələri baldır sümüyündən ətraf əzələləri ilə birlikdə və ya böyük baldır və kiçik omba sümünkləri ətraf əzələləri ilə birlikdə. Bu parçalar cəmdəkdən oynaqlardan ayrılmalıdır.
i) 0207 26 600 0 və 0207 27 600 0 alt yarımmövqelərindəki «qaz və ya ördək paletotları»- yolunmuş və ya içalatı tamamilə çıxarılmış, başsız və ayaq daraqlarısız, omba, baldır və çiyin sümüyü saxlanmaqla skelet sümükləri (qabırğalar, döş, onurğa və oma sümükləri) ayrılmış qaz və ya ördək cəmdəkləri.
5. Bu qrupun qarışıqları üçün rüsum aşağıdakı kimi hesablanmalıdır:
a) qarışığın tərkibindəki komponentlərdən biri 90 kütlə %-dən az olmadıqda, qarışığa həmin komponent üçün nəzərdə tutulmuş rüsum tətbiq olunur;
b) digər qarışıqlar üçün ən yüksək rüsum verən komponentin gömrük rüsumu tətbiq olunur.
6a. İstilik tətbiq olunmadan kulinar yolla hazırlanmış ədviyyatlı ət 16-cı qrupa daxil edilir. «Ədviyyatlı ət» istilik tətbiq olunmadan hazırlanmalıdır və bu zaman ədviyat ya ətin içində ya da bütün səthində olmalıdır və gözlə aydın görülməli və ya dadı hiss olunmalıdır.
6b. 0210 mal mövqeyinə daxil olan, hazırlanma zamanı ədviyyat əlavə olunmuş məhsullar bu mal mövqeyinə o zaman aid edilir ki, əlavə edilmiş ədviyyat onların xarakterik xüsusiyyətlərini dəyişdirməsin.
7. 0210 mal mövqeyindəki «duzlanmış, duzlu suya salınmış ət və ət məhsulları» termini tərkibində duzun ümumi tutumu 1,2 %-dən az olmayan, qida üçün yararlı ət və ət məhsullarını bildirir.

XİF ƏN-ın kodu
Mal mövqelərinin adları
Əlavə ölçü vahidi
Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)
 0201 İribuynuzlu heyvan əti, təzə və ya soyudulmuş:  
 0201 10 000 0 - cəmdəklər və şaqqalar - 15
 0201 20 - digər sümüklü parçalar, sümükdən ayrılmamış:  
 0201 20 200 0 -- «kompensasiya edilmiş» yarımşaqqalar - 15
 0201 20 300 0 -- bölünmüş və ya bölünməmiş qabaq yarımşaqqalar - 15
 0201 20 500 0 -- bölünmüş və ya bölünməmiş arxa yarımşaqqalar - 15
 0201 20 900 0 -- digərləri - 15
 0201 30 000 0 - sümükdən ayrılmış parçalar - 15
 0202 İribuynuzlu heyvan əti, dondurulmuş:  
 0202 10 000 0 - cəmdəklər və ya şaqqalar - 15
 0202 20 - digər sümükdən ayrılmamış parçalar:  
 0202 20 100 0 -- «kompensasiya edilmiş» yarımşaqqalar - 15
 0202 20 300 0 -- bölünmüş və ya bölünməmiş qabaq yarımşaqqalar - 15
 0202 20 500 0 -- bölünmüş və ya bölünməmiş arxa yarımşaqqalar - 15
 0202 20 900 0 -- digərləri - 15
 0202 30 - sümükdən ayrılmış:  
 0202 30 100 0 -- qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüşlər, burada hər bir yarımşaqqalar bir blok təşkil etməlidir; kompensasiya edilmiş (komplektləşdirilən) yarımşaqqalar iki blok təşkil edir, onlardan biri bütöv və ya ən çoxu beş parçaya ayrılmış qabaq yarımşaqqanı təmsil edir, o birisi isə (can əti istisna olmaqla) arxa yarımşaqqanı təmsil edir - 15
 0202 30 500 0 -- kürək, boyun-kürək hissəsi və döş əti - 15
 0202 30 900 0 -- digərləri - 15
 0203 Donuz əti, təzə, soyudulmuş və ya dondurulmuş:  
  - təzə və ya soyudulmuş:  
 0203 11 -- cəmdəklər və şaqqalar:  
 0203 11 100 0 --- ev donuzlarının - 15
 0203 11 900 0 --- digərləri - 15
 0203 12 -- budlar, kürəklər və onlardan parçalar, sümüyü ayrılmamış:  
  --- ev donuzlarının:  
 0203 12 110 0 ---- budlar və onlardan parçalar - 15
 0203 12 190 0 ---- kürəklər və onlardan parçalar - 15
 0203 12 900 0 --- digərləri - 15
 0203 19 -- digəri:  
  --- ev donuzlarının:  
 0203 19 110 0 ---- qabaq tərəfləri və onlardan parçalar - 15
 0203 19 130 0 ---- koreyka və ondan parçalar, sümüyü ayrılmamış - 15
 0203 19 150 0 ---- döş əti (streaky) və ondan parçalar - 15
  ---- digərləri:  
 0203 19 550 0 ----- sümüksüz parçalar - 15
 0203 19 590 0 ----- digəri - 15
 0203 19 900 0 --- digərləri - 15
  - dondurulmuş:  
 0203 21 -- cəmdəklər və şaqqalar:  
 0203 21 100 0 --- ev donuzlarının - 15
 0203 21 900 0 --- digərləri - 15
 0203 22 -- budlar, kürəklər və onlardan parçalar, sümüyü ayrılmamış:  
  --- ev donuzlarının:  
 0203 22 110 0 ---- budlar və onlardan parçalar - 15
 0203 22 190 0 ---- kürəklər və onlardan parçalar - 15
 0203 22 900 0 --- digərləri - 15
 0203 29 -- digəri:  
  --- ev donuzlarının:  
 0203 29 110 0 ---- qabaq tərəflər və onlardan parçalar - 15
 0203 29 130 0 ---- koreyka və ondan parçalar, sümüyü ayrılmamış - 15
 0203 29 150 0 ---- döş əti (streaky) və ondan parçalar - 15
  ---- digərləri:  
 0203 29 550 0 ----- sümükdən ayrılmış - 15
 0203 29 590 0 ----- digəri - 15
 0203 29 900 0 --- digəri - 15
 0204 Qoyun əti və ya keçi əti, təzə, soyudulmuş və ya dondurulmuş:  
 0204 10 000 0 - quzu cəmdəkləri və şaqqaları, təzə və ya soyudulmuş - 15
  - başqa qoyun əti, təzə və ya soyudulmuş:  
 0204 21 000 0 -- cəmdəklər və şaqqalar - 15
 0204 22 -- digər parçalar, sümükdən ayrılmamış:  
 0204 22 100 0 --- qısa kəsikli qabaq yarımşaqqalar - 15
 0204 22 300 0 --- kürək hissəsinin onurğa tərəfi və / və ya böyrək hissələri - 15
 0204 22 500 0 --- çanaq-bud hissələri qolyaşka ilə - 15
 0204 22 900 0 --- digərləri - 15
 0204 23 000 0 -- sümükdən ayrılmış - 15
 0204 30 000 0 - quzu cəmdəkləri və şaqqaları, dondurulmuş - 15
  - digər qoyun əti, dondurulmuş:  
 0204 41 000 0 -- cəmdəklər və şaqqalar - 15
 0204 42 -- digər sümükdən ayrılmamış parçalar:  
 0204 42 100 0 --- qısa kəsikli qabaq yarımşaqqalar - 15
 0204 42 300 0 --- kürək hissəsinin onurğa tərəfi və / və ya böyrək hissələri - 15
 0204 42 500 0 --- çanaq-bud hissələri qolyaşka ilə - 15
 0204 42 900 0 --- digərləri - 15
 0204 43 -- sümükdən ayrılmış:  
 0204 43 100 0 --- quzu ətinin - 15
 0204 43 900 0 --- digərləri - 15
 0204 50 - keçi əti:  
  -- təzə və ya soyudulmuş:  
 0204 50 110 0 --- cəmdəklər və şaqqalar - 15
 0204 50 130 0 --- qısa kəsikli qabaq yarımşaqqalar - 15
 0204 50 150 0 --- kürək hissəsinin onurğa tərəfi və / və ya böyrək hissələri - 15
 0204 50 190 0 --- çanaq-bud hissələri qolyaşka ilə - 15
  --- digərləri:  
 0204 50 310 0 ---- sümükdən ayrılmamış parçalar - 15
 0204 50 390 0 ---- sümükdən ayrılmış parçalar - 15
  -- dondurulmuş:  
 0204 50 510 0 --- cəmdəklər və şaqqalar - 15
 0204 50 530 0 --- qısa kəsikli qabaq yarımşaqqalar - 15
 0204 50 550 0 --- kürək hissəsinin onurğa tərəfi və / və ya böyrək hissələri - 15
 0204 50 590 0 --- çanaq-bud hissələri qolyaşka ilə - 15
  --- digərləri:  
 0204 50 710 0 ---- sümükdən ayrılmamış parçalar - 15
 0204 50 790 0 ---- sümükdən ayrılmış parçalar - 15
 0205 00 Atların, ulaqların, qatırların və ya at qatırlarının əti, təzə, soyudulmuş və ya dondurulmuş:  
  - at əti:  
 0205 00 110 0 -- təzə və ya soyudulmuş - 15
 0205 00 190 0 -- dondurulmuş - 15
 0205 00 900 0 - ulaqların, qatırların və ya at qatırlarının əti - 15
 0206 İribuynuzlu heyvanın, donuzun, qoyunun, keçinin, atların, ulaqların, qatırların və ya at qatırlarının əlavə qida məhsulları, təzə, soyudulmuş və ya dondurulmuş:  
 0206 10 - iribuynuzlu heyvanların, təzə və ya soyudulmuş:  
 0206 10 100 0 -- əczaçılıq məhsulunun istehsalı üçün. - 0.5
  -- digərləri:  
 0206 10 910 0 --- qaraciyər - 15
 0206 10 950 0 --- qalın diafraqma və nazik diafraqma - 15
 0206 10 990 0 --- digərləri - 15
  - iribuynuzlu heyvanın, dondurulmuş:  
 0206 21 000 0 -- dilləri - 15
 0206 22 000 0 -- qaraciyərləri - 15
 0206 29 -- digərləri:  
 0206 29 100 0 --- əczaçılıq məhsulunun istehsalı üçün - 0.5
  --- digərləri:  
 0206 29 910 0 ---- qalın diafraqma və nazik diafraqma - 15
 0206 29 990 0 ---- digərləri - 15
 0206 30 - donuzun, təzə və ya soyudulmuş:  
  -- ev donuzlarının:  
 0206 30 200 0 --- qaraciyər - 15
 0206 30 300 0 --- digərləri - 15
 0206 30 800 0 -- digərləri - 15
  - donuzun, dondurulmuş:  
 0206 41 -- qaraciyəri:  
 0206 41 200 0 --- ev donuzlarının - 15
 0206 41 800 0 --- digərləri - 15
 0206 49 -- digərləri:  
 0206 49 200 0 --- ev donuzlarının - 15
 0206 49 800 0 --- digərləri - 15
 0206 80 - digər təzə və ya soyudulmuş:  
 0206 80 100 0 -- əczaçılıq məhsulunun istehsalı üçün - 0.5
  -- digərləri:  
 0206 80 910 0 --- atların, ulaqların, qatırların və at qatırlarının - 15
 0206 80 990 0 --- qoyunların və keçilərin - 15
 0206 90 - digər dondurulmuş:  
 0206 90 100 0 -- əczaçılıq məhsulunun istehsalı üçün - 0.5
  -- digərləri:  
 0206 90 910 0 --- atların, ulaqların, qatırların və at qatırlarının - 15
 0206 90 990 0 --- qoyunların və keçilərin - 15
 02 07 0105 mövqeyində göstərilən ev quşlarının əti və əlavə ət məhsulları, təzə,soyudulmuş və ya dondurulmuş:  
  - ev toyuğlarının (Gallus domesticus):  
 0207 11 -- hissələrə ayrılmamış, təzə və ya soyudulmuş:  
 0207 11 100 0 --- tükü yolunmuş və içalatı yarı çıxarılmış, baş və ayaq daraqları ilə, «83 %-li cücə» kimi təqdim olunan - 15
 0207 11 300 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, amma boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «70%-li cücə» kimi təqdim olunan - 15
 0207 11 900 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları, ürəyi, boynu, qaraciyəri və pətənəyi üstündə olmayan, «65%-li cücə» kimi təqdim edilən və ya hər hansı başqa hazırlanmada təqdim edilən - 15
 0207 12 -- hissələrə ayrılmamış, dondurulmuş:  
 0207 12 100 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «70%-li cücə» kimi təqdim olunan - 15
 0207 12 900 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları, boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olmayan, «65%-li cücə» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim edilən - 15
 0207 13 -- cəmdək hissələri və əlavə məhsullar, təzə və ya soyudulmuş:  
  --- cəmdək hissələri:  
 0207 13 100 0 ---- sümükdən ayrılmış - 15
  ---- sümükdən ayrılmamış:  
 0207 13 200 0 ----- şaqqalar və ya yarımşaqqalar - 15
 0207 13 300 0 ----- bütöv qanadlar, nazik ucla və ya onsuz - 15
 0207 13 400 0 ----- belləri, boyunları, belləri boynu ilə birgə, büzdümləri və qanadların nazik ucları - 15
 0207 13 500 0 ----- döş və onlardan parçalar - 15
 0207 13 600 0 ----- budlar və onlardan parçalar - 15
 0207 13 700 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
 0207 13 910 0 ---- qaraciyər - 15
 0207 13 990 0 ---- digərləri - 15
 0207 14 -- cəmdək hissələri və əlavə məhsullar, dondurulmuş:  
  --- cəmdək hissələri:  
 0207 14 100 0 ---- sümükdən ayrılmış - 15
  ---- sümükdən ayrılmamış:  
 0207 14 200 0 ----- şaqqalar və ya yarımşaqqalar - 15
 0207 14 300 0 ----- bütöv qanadlar, nazik ucla və ya onsuz - 15
 0207 14 400 0 ----- belləri, boyunları, belləri boynu ilə birgə, büzdümləri və qanadların nazik ucları - 15
 0207 14 500 0 ----- döş və onlardan parçalar - 15
 0207 14 600 0 ----- budlar və onlardan parçalar - 15
 0207 14 700 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
 0207 14 910 0 ---- qaraciyər - 15
 0207 14 990 0 ---- digərləri - 15
  - hindtoyuqlarının:  
 0207 24 -- hissələrə ayrılmamış, təzə və ya soyudulmuş:  
 0207 24 100 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «80%-li hindtoyuğu» kimi təqdim olunan - 15
 0207 24 900 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olmayan, «73%-li hindtoyuğu» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
 0207 25 -- hissələrə ayrılmamış, dondurulmuş:  
 0207 25 100 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «80%-li hindtoyuğu» kimi təqdim edilən - 15
 0207 25 900 0 --- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olmayan, «73%-li hindtoyuğu» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
 0207 26 -- cəmdək hissələri və əlavə məhsullar, təzə və ya soyudulmuş:  
  --- cəmdək hissələri:  
 0207 26 100 0 ---- sümükdən ayrılmış - 15
  ---- sümükdən ayrılmamış:  
 0207 26 200 0 ----- şaqqalar və ya yarımşaqqalar - 15
 0207 26 300 0 ----- bütöv qanadlar, nazik ucla və ya onsuz - 15
 0207 26 400 0 ----- bellər, boyunlar, bellər boyunla birgə, büzdümlər və qandların nazik ucları - 15
 0207 26 500 0 ----- döş və onlardan parçalar - 15
  ----- budlar və onlardan parçalar:  
 0207 26 600 0 ------ qolyaşkalar və onlardan parçalar - 15
 0207 26 700 0 ------ digərləri - 15
 0207 26 800 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
 0207 26 910 0 ---- qaraciyər - 15
 0207 26 990 0 ---- digərləri - 15
 0207 27 -- cəmdək hissələri və əlavə məhsullar, dondurulmuş:  
  --- cəmdək hissələri:  
 0207 27 100 0 ---- sümükdən ayrılmış - 15
  ---- sümükdən ayrılmamış:  
 0207 27 200 0 ----- şaqqalar və ya yarımşaqqalar - 15
 0207 27 300 0 ----- bütöv qanadlar, nazik ucla və ya onsuz - 15
 0207 27 400 0 ----- bellər, boyunlar, bellər boyunla birgə, büzdümlər və qanadların nazik ucları - 15
 0207 27 500 0 ----- döş və onlardan parçalar - 15
  ----- budlar və onlardan parçalar:  
 0207 27 600 0 ------ baldır və onlardan parçalar - 15
 0207 27 700 0 ------ digərləri - 15
 0207 27 800 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
 0207 27 910 0 ---- qaraciyər - 15
 0207 27 990 0 ---- digərləri - 15
  - ördəklərin, qazların və ya firəngtoyuqlarının:  
 0207 32 -- hissələrə ayrılmamış, təzə və ya soyudulmuş:  
  --- ördəklərin:  
 0207 32 110 0 ---- tükü yolunmuş, qansızlaşdırılmış, bağırsaqsız, lakin içalatı çıxarılmamış, başı və ayaq daraqları üstündə olan, «85%-li ördək» kimi təqdim olunan - 15
 0207 32 150 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «70%-li ördək» kimi təqdim olunan - 15
 0207 32 190 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «63%-li ördək» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
  --- qazların:  
 0207 32 510 0 ---- tükü yolunmuş, qansızlaşdırılmış, içalatı çıxarılmamış, baş və ayaq daraqları üstündə olan, «82%-li qaz» kimi təqdim olunan - 15
 0207 32 590 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, ürəyi və pətənəyi ilə və ya onlarsız , «75%-li qaz» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
 0207 32 900 0 --- firəngtoyuğunun - 15
 0207 33 -- hissələrə ayrılmamış, dondurulmuş:  
  --- ördəklərin:  
 0207 33 110 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, baş və ayaq daraqları olmayan, lakin boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olan, «70%-li ördək» kimi təqdim olunan. - 15
 0207 33 190 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, baş və ayaq daraqları olmayan, boynu, ürəyi, qaraciyəri və pətənəyi üstündə olmayan, «63%-li ördək» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
  --- qazların:  
 0207 33 510 0 ---- tükü yolunmuş və qansızlaşdırılmış, içalatı təmizlənməmiş, baş və ayaq daraqları üstündə olan, «82%-li qaz» kimi təqdim olunan - 15
 0207 33 590 0 ---- tükü yolunmuş və içalatı təmizlənmiş, başsız və ayaq daraqları olmayan, ürəyi və pətənəyi ilə və ya onlarsız, «75%-li qaz» kimi təqdim olunan və ya hər hansı başqa hazırlanmada təqdim olunan - 15
 0207 33 900 0 --- firəngtoyuğunun - 15
 0207 34 -- yağlı qaraciyər, təzə və ya soyudulmuş:  
 0207 34 100 0 --- qazın - 15
 0207 34 900 0 --- ördəyin - 15
 0207 35 -- digərləri, təzə və ya soyudulmuş:  
  --- cəmdək hissələri:  
  ---- sümükdən ayrılmış:  
 0207 35 110 0 ----- qazların - 15
 0207 35 150 0 ----- ördəklərin və firəngtoyuqlarının - 15
  ---- sümükdən ayrılmamış:  
  ----- şaqqalar və ya yarımşaqqalar:  
 0207 35 210 0 ------ ördəklərin - 15
 0207 35 230 0 ------ qazların - 15
 0207 35 250 0 ------ firəngtoyuğunun - 15
 0207 35 310 0 ----- bütöv qanadlar, nazik ucla və ya onsuz - 15
 0207 35 410 0 ----- bellər, boyunlar, bellər boyunla birlikdə, büzdümlər və qanadların nazik ucları - 15
  ----- döş və onlardan parçalar:  
 0207 35 510 0 ------ qazların - 15
 0207 35 530 0 ------ ördəklərin və firəngtoyuqlarının - 15
  ----- budlar və onlardan parçalar:  
 0207 35 610 0 ------ qazların - 15
 0207 35 630 0 ------ ördəklərin və firəngtoyuqlarının - 15
 0207 35 710 0 ----- qaz və ya ördək paletotları - 15
 0207 35 790 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
 0207 35 910 0 ---- qaraciyər, yağlı qaraciyərdən başqa - 15
 0207 35 990 0 ---- digərləri - 15
 0207 36 -- digərləri, dondurulmuş:  
  --- cəmdək hissələri:  
  ---- sümükdən ayrılmış:  
 0207 36 110 0 ----- qazların - 15
 0207 36 150 0 ----- ördəklərin və firəngtoyuqlarının - 15
  ---- sümükdən ayrılmamış:  
  ----- şaqqalar və ya yarımşaqqalar:  
 0207 36 210 0 ------ ördəklərin - 15
 0207 36 230 0 ------ qazların - 15
 0207 36 250 0 ------ firəngtoyuqlarının - 15
 0207 36 310 0 ----- bütöv qanadlar, nazik ucları ilə və ya onsuz - 15
 0207 36 410 0 ----- bellər, boyunlar, bellər boyunla birlikdə, büzdümlər və qanadların nazik ucları - 15
  ----- döş və onlardan parçalar:  
 0207 36 510 0 ------ qazların - 15
 0207 36 530 0 ------ ördəklərin və firəngtoyuqlarının - 15
  ----- budlar və onlardan parçalar:  
 0207 36 610 0 ------ qazların - 15
 0207 36 630 0 ------ ördəklərin və firəngtoyuqlarının - 15
 0207 36 710 0 ----- qaz və ördək paletotları - 15
 0207 36 790 0 ----- digərləri - 15
  --- əlavə məhsullar:  
  ---- qaraciyər:  
 0207 36 810 0 ----- yağlı qaz qaraciyəri - 15
 0207 36 850 0 ----- yağlı ördək qaraciyəri - 15
 0207 36 890 0 ----- digəri - 15
 0207 36 900 0 ---- digərləri - 15
 0208 Digər ət və əlavə ət məhsulları, təzə, soyudulmuş və ya dondurulmuş:  
 0208 10 - ev dovşanlarının və ya vəhşi dovşanların:  
  -- ev dovşanlarının:  
 0208 10 110 0 --- təzə və ya soyudulmuş - 15
 0208 10 190 0 --- dondurulmuş - 15
 0208 10 900 0 -- digərləri - 15
 0208 20 000 0 - qurbağa pəncələri - 15
 0208 30 000 0 - primatların - 15
 0208 40 - balinaların, delfinlərin, hind donuzlarının (Ceteacea məməlilər dəstəsi); lamantinlərin və dyqonların (Sirenia məməlilər dəstəsi)  
 0208 40 100 0 -- balina əti - 15
 0208 40 900 0 -- digərləri - 15
 0208 50 000 0 - sürünənələrin (ilan və tıspağa daxil olmaqla) - 15
 0208 90 - digərləri:  
 0208 90 100 0 -- ev göyərçinlərinin - 15
  -- ov heyvanlarının, dovşanlardan başqa:  
 0208 90 200 0 --- bildirçinlərin - 15
 0208 90 400 0 --- digərinin - 15
 0208 90 550 0 -- suiti ətinin - 15
 0208 90 600 0 -- şimal marallarının - 15
 0208 90 950 0 -- digərlərinin - 15
 0209 00 Arıq ətdən ayrılmış donuz piyi və ev quşunun piyi, əridilməmiş və ya başqa üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda, qurudulmuş və ya hisə verilmiş:  
  - dərialtı donuz piyi:  
 0209 00 110 0 -- təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda - 15
 0209 00 190 0 -- qurudulmuş və ya hisə verilmiş - 15
 0209 00 300 0 - donuz piyi, 0209 00 1100 və ya 0209 00 1900 mal alt yarımmövqelərində göstərilənlərdən başqa - 15
 0209 00 900 0 - ev quşunun piyi - 15
 0210 Ət və qidaya yararlı əlavə ət məhsulları, duzlu, duzlu suda, qurudulmuş və ya hisə verilmiş; ətdən və ya əlavə ət məhsullarından hazırlanan ərzaq unu:  
  - donuz əti:  
 0210 11 -- budlar, kürəklər və onlardan parçalar, sümükdən ayrılmamış:  
  --- ev donuzlarının:  
  ---- duzlu və ya duzlu suda:  
 0210 11 110 0 ----- budlar və onlardan parçalar - 15
 0210 11 190 0 ----- kürəklər və onlardan parçalar - 15
  ---- qurudulmuş və ya hisə verilmiş:  
 0210 11 310 0 ----- budlar və onlardan parçalar - 15
 0210 11 390 0 ----- kürəklər və onlardan parçalar - 15
 0210 11 900 0 --- digərləri - 15
 0210 12 -- döş əti (streaky) və onlardan parçalar:  
  --- ev donuzlarının:  
 0210 12 110 0 ---- duzlu və ya duzlu suda - 15
 0210 12 190 0 ---- qurudulmuş və ya hisə verilmiş - 15
 0210 12 900 0 --- digərləri - 15
 0210 19 -- digərləri:  
  --- ev donuzlarının:  
  ---- duzlu və ya duzlu suda:  
 0210 19 100 0 ----- bekon yarımları və ya spenserlər - 15
 0210 19 200 0 ----- donuzun yan tərəfinin 3/4-ü və ya donuz içi - 15
 0210 19 300 0 ----- qabaq tərəflər və onlardan hissələr - 15
 0210 19 400 0 ----- döş əti və onlardan parçalar - 15
  ----- digərləri:  
 0210 19 510 0 ------ sümüksüz - 15
 0210 19 590 0 ------ digərləri - 15
  ---- qurudulmuş və ya hisə verilmiş:  
 0210 19 600 0 ----- qabaq tərəflər və onlardan hissələr - 15
 0210 19 700 0 ----- döş əti və onlardan parçalar - 15
  ----- digərləri:  
 0210 19 810 0 ------ sümüksüz - 15
 0210 19 890 0 ------ digərləri - 15
 0210 19 900 0 --- digərləri - 15
 0210 20 - iribuynuzlu heyvan əti:  
 0210 20 100 0 -- sümüyü çıxarılmamış - 15
 0210 20 900 0 -- sümüksüz - 15
  - digərləri, ətdən və ya əlavə ət məhsullarından qaba üyüdülmüş un və ərzaq unu və daxil olmaqla:  
 0210 91 000 0 -- primatların - 15
 0210 92 000 0 -- balinaların, delfinlərin, dəniz donuzların (Ceteacea məməlilər dəstəsi); lamantinlərin və dyqonların (Sirenia məməlilər dəstəsi) - 15
 0210 93 000 0 -- sürünənlərin (ilan və tıspağa daxil olmaqla) - 15
 0210 99 -- digərləri:  
  --- ət:  
 0210 99 100 0 ---- atın duzlu, duza qoyulmuş və ya qurudulmuş - 15
  ---- qoyunun və keçinin:  
 0210 99 210 0 ----- sümükləri çıxarılmamış - 15
 0210 99 290 0 ----- sümüksüz - 15
 0210 99 310 0 ---- şimal marallarının - 15
 0210 99 390 0 ---- digərləriinin - 15
  --- əlavə məhsullar:  
  ---- ev donuzlarının:  
 0210 99 410 0 ----- qaraciyər - 15
 0210 99 490 0 ----- digərləri - 15
  ---- iribuynuzlu heyvanların:  
 0210 99 510 0 ----- qalın diafraqma və nazik diafraqma - 15
 0210 99 590 0 ----- digərləri - 15
 0210 99 600 0 ---- qoyunun və keçinin - 15
  ---- digərləri:  
  ----- ev quşunun qaraciyəri:  
 0210 99 710 0 ------ qazların və ördəklərin yağlı qaraciyəri, duzlu və ya duzlu suda - 15
 0210 99 790 0 ------ digəri - 15
 0210 99 800 0 ----- digərləri - 15
 0210 99 900 0 --- ətdən və əlavə ət məhsullarından hazırlanmış ərzaq unu - 15

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz

Related Posts Plugin for WordPress, Blogger...

İletişim Formu/Contact Form

Ad

E-posta *

Mesaj *