Bu Blogda Ara

1 Eylül 2015 Salı

Qrup 32. Aşılayıcı və boyayıcı ekstraktlar, tanninlər və onların törəmələri; boyaqlar, piqmentlər və digər boyayıcı maddələr; boyalar və laklar; şpatlevkalar və digər mastikalar; tipoqrafiya boyaqları, mürəkkəblər, tuş


Qrup 32. Aşılayıcı və boyayıcı ekstraktlar, tanninlər və onların törəmələri; boyaqlar, piqmentlər və digər boyayıcı maddələr; boyalar və laklar; şpatlevkalar və digər mastikalar; tipoqrafiya boyaqları, mürəkkəblər, tuş


Qeydlər:

1. Bu qrupa aşağıdakılar daxil edilmir:

a) ayrı-ayrı elementlər və ya müəyyən kimyəvi tərkibli birləşmələr ( 3203 və ya 3204 mal mövqelərinə daxil olan məhsullar, lüminafor kimi istifadə olunan qeyri-üzvi məhsullar (3206 mal mövqeyi), 3207 mal mövqeyində göstərilən formalarda əridilmiş kvarsdan və ya əridilmiş silisium 4-oksidindən alınan şüşə, 3212 mal mövqeyindəki formalarda və bağlamalarda pərakəndə satış üçün qablaşdırılmış digər boyalar və boyaq maddələr istisna olmaqla);

b) tannatlar və 2936-2939, 2941 və ya 3501-3504 mal mövqelərindəki məhsulların digər taninli törəmələri; və ya

v) asfalt mastikası və ya digər bitumlu mastikalar (2715 mal mövqeyi).

3204 mal mövqeyinə sabitləşmiş diazonium duzlarının qarışıqları və azoboyaların alınması üçün komponentlər daxildir.

2. 3203-3206 mal mövqelərinə boyaq maddələrin əsasında hazırlanmış (3206 mal mövqeyində olduğu kimi, 2530 mal mövqeyinin boyayıcı piqmentləri və ya 28 ci qrupun metal tozları və lopaları) , istənilən materialın boyanmasında və boyayıcı vasitələrin istehsalında komponent kimi istifadə olunan məhsullar daxildir. Bu mal mövqeyinə susuz mühitdə dispersləşmiş, boyaların, o cümlədən emalın (3212 mal mövqeyi) istehsalında istifadə olunan duru və ya pastaşəkilli məhsullar və ya 3207-3210, 3212, 3213 və 3215 mal mövqelərinin digər məhsulları daxil edilmir.

3. 3208 mal mövqeyinə 3901-3913 mal mövqelərinin istənilən məhsulunun uçucu üzvi həlledicilərdə məhlulları (kalloidlərdən başqa) daxil edilir, əgər həlledici, məhlulun kütləsinin 50%-dən artıq olarsa.

4. Bu qrup daxilində boyayıcı maddə termini yağlı boyaların aşqarları kimi istifadə olunan məhsullara (onların yapışqanlı boyaqlar üçün uyğun olub, olmamasından asılı olmayaraq) aid edilmir.

5. 3212 mal mövqeyində basma folqa termini yalnız çap üçün istifadə olunan (məsələn kitabların cildlərində və ya şlyapa lentlərində) və aşağıdakılardan ibarət olan nazik təbəqə materialları bildirir:

a) metal tozu (qiymətli metalların tozları da daxil olmaqla) və ya yapışqan, jelatin və ya digər birləşdirici maddə ilə aqlomerasiya olunmuş piqmentlərdən;

b) istənilən materialdan olan üzlük təbəqəyə çəkilmiş metal (qiymətli metallar daxil olmaqla) və ya piqmentlərdən.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

3201 Bitki mənşəli aşılayıcı ekstraktlar; tanninlər və onların duzları, sadə və mürəkkəb efirləri; digər törəmələri:
3201 10 000 0 - kvebraxo ekstraktı - 15
3201 20 000 0 - akasiya ekstraktı - 15
3201 90 - digərləri:
3201 90 200 0 -- sumax ekstraktı, iripullu palıd ekstraktı, palıd və ya şabalıd ekstraktı - 15
3201 90 900 0 -- digərləri - 15
3202 Sintetik üzvi aşılayıcı maddələr; qeyri-üzvi aşılayıcı maddələr; tərkibində təbii aşılayıcı maddələr olan və ya olmayan aşılama preparatları, ilkin aşılama üçün ferment preparatları:
3202 10 000 0 - sintetik üzvi aşılayıcı maddələr - 15
3202 90 000 0 - digərləri - 15
3203 00 Müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli bitki və ya heyvan mənşəli boyayıcı maddələr (heyvan kömüründən başqa, boyayıcı ekstraktlar daxil olmaqla); bu qrupun 3-cü qeydində göstərilən bitki və heyvan mənşəli boyayıcı maddələr əsasında hazırlanan preparatlar:
- bitki mənşəli boyayıcı maddələr və onların əsasında preparatlar:
3203 00 110 0 -- qara katexu (Accacia catechu) - 15
3203 00 190 0 -- digərləri - 15
3203 00 900 0 - heyvan mənşəli boyayıcı maddələr və onlar əsasında preparatlar - 15
3204 Müəyyən və ya qeyri-müəyyən kimyavi tərkibli sintetik üzvi boyayıcı maddələr; bu qrupun 3-cü qeydində göstərilən üzvi sintetik boyayıcı maddələr əsasında hazırlanan preparatlar; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli optiki ağardıcı və ya lüminoforlar kimi istifadə edilən sintetik üzvi maddələr:
- bu qrupun 3-cü qeydində göstərilən üzvi sintetik boyayıcı maddələr və onların əsasında hazırlanan preparatlar:
3204 11 000 0 -- dispers boyaqlar və onların əsasında hazırlanan preparatlar - 15
3204 12 000 0 -- turşu boyaqları, əvvəlcədən metallaşdırılmış və ya metallaşdırılmamış, və onların əsasında hazırlanan preparatlar; yeyindirici boyalar və onların əsasında hazırlanan preparatlar - 15
3204 13 000 0 -- əsasi boyalar və onların əsasında hazırlanan preparatlar - 15
3204 14 000 0 -- bilavasitə boyalar və onların əsasında hazırlanan preparatlar - 15
3204 15 000 0 -- kub boyaları (o cümlədən piqmentlər kimi istifadə oluna) və onların əsasında hazırlanan preparatlar - 15
3204 16 000 0 -- kimyəvi aktiv boyalar və onların əsasında hazırlanan preparatlar - 15
3204 17 000 0 -- piqmentlər və onların əsasında hazırlanan preparatlar - 15
3204 19 000 0 -- digərləri (o cümlədən 3204 11- 3204 19 yarımmövqelərində göstərilən iki və daha çox boyayıcı maddələrin qarışıqları) - 15
3204 20 000 0 - optiki ağardıcı kimi istifadə olunan üzvi sintetik maddələr - 15
3204 90 000 0 - digərləri - 15
3205 00 000 0 Rəngli laklar; rəngli bu qrupun 3-cü qeydində göstərilən lakların əsasında hazırlanan preparatlar - 15
3206 Digər boyayıcı maddələr; bu qrupun 3-cü qeydində göstərilən, 3203, 3204, 3205 mal mövqelərindəkindən fərqli preparatlardan başqa; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli, lüminoforlar kimi istifadə edilən qeyri-üzvi maddələr:
-titan dioksid əsasında hazırlanan piqmentlər və preparatlar:
3206 11 000 0 -- tərkibində quru kütləyə əsasən hesablanmada 80 kütlə % və ya daha çox titan dioksidi olan - 15
3206 19 000 0 -- digərləri - 15
3206 20 000 0 - xrom birləşmələri əsasında hazırlanan piqmentlər və preparatlar - 15
3206 30 000 0 - kadmium birləşmələri əsasında hazırlanan piqmentlər və preparatlar - 15
- digər boyayıcı maddələr və preparatlar:
3206 41 000 0 -- ultramarin və onun əsasında hazırlanan preparatlar - 15
3206 42 000 0 -- litopon və sink sulfid əsasında hazırlanan digər piqmentlər və preparatlar - 15
3206 43 000 0 -- heksasianferratlar (ferrosianidlər və ya ferrisianidlər) əsasında hazırlanan piqmentlər və preparatlar - 15
3206 49 -- digərləri:
3206 49 100 0 --- maqnetit - 15
3206 49 900 0 --- digərləri - 15
3206 50 000 0 - lüminoforlar kimi istifadə edilən qeyri-üzvi maddələr - 0.5
3207 Hazır piqmentlər, şüşə səsboğanları və hazır boyalar, emallar və şüşəvari şirələr, anqoblar (şlikerlər), maye cilalar (pardaxlar) və keramika, emal və şüşə istehsalında istifadə edilən analoji preparatlar; şüşəvari fritta və toz, dənəvər və lopa şəklində şüşə:
3207 10 000 0 - hazır piqmentlər, şüşə səsboğanları, hazır boyaqlar və digər analoji preparatlar - 15
3207 20 - emallar və şüşəvari şirələr, anqoblar (şlikerlər) və digər analoji preparatlar:
3207 20 100 0 -- anqoblar (şlikerlər) - 15
3207 20 900 0 -- digərləri - 15
3207 30 000 0 - maye cilalar və analoji preparatlar - 15
3207 40 - şüşəvari fritta və toz, dənəvər və ya lopa şəklində digər şüşə:
3207 40 100 0 -- "emalovoe" adı ilə tanınan şüşə növü - 15
3207 40 200 0 -- uznluğu 0,1 mm və ya daha çox, lakin 3,5 mm-dən çox olmayan və qalınlığı 2 mkm və ya daha çox, lakin 5 mkm-dən çox olmayan lopa şikilində şyşə - 15
3207 40 300 0 -- tərkibində 99 kütlə% silisium dioksidi və ya daha çox olan toz və ya qranul (dənəvər) şikilində şüşə - 15
3207 40 800 0 -- digərləri - 15
3208 Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş, təbii polimerlər əsasında alınmış, susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və cilalar daxil olmaqla); bu qrupun 4-cü qeydində göstərilən məhlullar:
3208 10 - mürəkkəb poliefirlər əsasında:
3208 10 100 0 -- bu qrupun 4-cü qeydində göstərilən məhlullar - 15
3208 10 900 0 -- digərləri - 15
3208 20 - akril və vinil polimerləri əsasında:
3208 20 100 0 -- bu qrupun 4-cü qeydində göstərilən məhlullar - 15
3208 20 900 0 -- digərləri - 15
3208 90 - digərləri:
-- bu qrupun 4-cü qeydində göstərilən məhlullar:
3208 90 110 0 --- tərkibində 48 kytlə % və ya daha çox polimer olan N,N-dimetilasetamid məhlulu kimi poliuretan 2,2'-(tret-butilimion) dietanol və 4,4'-metilendisikloqeksildiizosionat - 15
3208 90 130 0 --- tərkibində 48 kytlə% və ya daha çox polimer olan, N,N-dimetilasetamid məhlulu kimi n-krezol və divinilbenzol sopolimeri - 15
3208 90 190 0 --- digərləri - 15
-- digərləri:
3208 90 910 0 --- sintetik polimerlər əsasında - 0.5
3208 90 990 0 --- kimyəvi şəkli dəyişdirilmiş təbii polimerlər əsasında - 5
3209 Sintetik polimerlərdən və ya kimyəvi üsulla emal olunmuş təbii polimerlərdən hazırlanan boyaqlar və laklar (emallar və cilalar daxil olmaqla), dispersləşdirilmiş və ya sulu mühitdə həll olunmuş:
3209 10 000 0 - akrillərin və vinillərin polimerləri əsasında - 15
3209 90 000 0 - digərləri - 15
3210 00 Digər boyaqlar və laklar (emallar, cilalar və yapışqanlı boyaqlar daxil olmaqla); dərinin işlənməsi üçün istifadə edilən hazır su(lu) piqmentlər:
3210 00 100 0 - yağlı boyalar və laklar (emallar və cilalar daxil olmaqla) - 15
3210 00 900 0 - digərləri - 15
3211 00 000 0 Hazır sikkativlər - 15
3212 Boyaların (emallar daxil olmaqla) istehsalında istifadə edilən, qeyrisu(lu)mühitdə dispersiləşdirilmiş, maye və ya pastayaoxşar piqmentlər (metal tozları və lopası daxil olmaqla); basma folqası, pərakəndə satış üçün qablaşdırılan boyaqlar və digər boyayıcı maddələr:
3212 10 - basma folqası:
3212 10 100 0 -- qiymətsiz metalar əsasında hazırlanan - 15
3212 10 900 0 -- digər - 15
3212 90 - digərləri:
-- boya (emallar daxil olmaqla) istehsalında istifadə edilən, qeyri-su mühitində dispersləşdirilmiş, maye və ya pastayaoxşar formada piqmentlər (metal tozu və lopası daxil olmaqla):
3212 90 100 0 --- mirvari essensiyası - 15
--- digərləri:
3212 90 310 0 ---- alüminium tozu əsasında - 0.5
3212 90 390 0 ---- digərləri - 0.5
3212 90 900 0 -- pərakəndə satış üçün forma və ya bağlamalarda qablaşdırılan boyaqlar və digər boyayıcı maddələr - 15
3213 Həblərdə, tübiklərdə, bankalarda, flakonlarda, kasalarda və analoji forma və ya bağlamalarda olan modifikasiya çalarları, asudə vaxtlarda istifadə olunan boyaqlar və anoloji məmulatlar, rəssamların, tələbələrin istifadə etdiyi bədii boyalar və ya lövhələrin tərtibi üçün, bədii boyaların bütün növləri:
3213 10 000 0 - dəstlərdə olan boyalar - 15
3213 90 000 0 - digərləri - 15
3214 Şüşə və bağ zamaskaları (suvaqları), qatran sementləri, bərkitmələr və mastika üçün digər tərkiblər; rəngsazlıq işləri üçün şpatlevka; binaların fasadlarını, binaların daxili hissələrini, divarlarını, döşəmələrini, tavanlarını örtmək üçün odadavamsız tərkiblər:
3214 10 - şüşə və bağ zamaskaları, qatran sementləri, bərkitmə üçün tərkiblər və digər mastika; rəngsazlıq işləri üçün şpatlevka:
3214 10 100 0 -- şüşə və bağ zamaskaları, qatran sementləri, bərkitmə üçün tərkiblər və digər mastika - 15
3214 10 900 0 -- rəngsazlıq işləri üçün şpatlevka - 15
3214 90 000 0 - digərləri - 15
3215 Tipoqrafiya boyaları, yazı və ya rəsm üçün mürəkkəb və ya tuş və digər mürəkkəblər, qatılaşdırılmış və ya qatılaşdırılmamış, bərk və ya qeyri-bərk:
- tipoqrafiya boyaları:
3215 11 000 0 -- qara - 15
3215 19 000 0 -- digər - 15
3215 90 - digərləri:
3215 90 100 0 -- yazı və ya rəsm üçün mürəkkəb və ya tuş - 15
3215 90 800 0 -- digərləri - 15

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz

Related Posts Plugin for WordPress, Blogger...

İletişim Formu/Contact Form

Ad

E-posta *

Mesaj *