Bu Blogda Ara

1 Eylül 2015 Salı

Qrup 34


Qrup 34. Sabun, səthi - aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları, süni və hazır mumlar, təmizləmə və cilalama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin, «diş müalicəsi mumu» və diş müalicəsi üçün gips əsaslı tərkiblər



Qeydlər:
1. Bu qrupa aşağıdakılar daxil olunmur:
a) heyvan və ya bitki mənşəli piylər və yağlar əsasında hazırlanan, formaların yağlanmasında istifadə olunan qida qarışıqları və ya hazır məhsullar (1517 mal mövqeyi);
b) müəyyən kimyəvi tərkibin ayrı-ayrı birləşmələri; və ya
v) şampunlar, diş təmizləmək üçün vasitələr, təraş üçün kremlər və köpüklər və ya tərkibində sabun və ya digər üzvi səthi- aktiv maddələr olan, vanna qəbul etmək üçün vasitələr (3305, 3306 və ya 3307 mal mövqeyi).
2. 3401 mal mövqeyində «sabun» termini yalnız suda həll olan sabunları bildirir. 3401 mal mövqeyindəki sabun və digər maddələrə əlavələr (məsələn, dezinfeksiya edici vasitələr, abraziv tozlar, aşqarlar və ya dərman vasitələri) oluna bilər. Tərkibində abraziv tozları olan maddələr yalnız, kərpiclər, parçalar və ya formalaşmış məmulatlar şəklində olduqda 3401 mal mövqeyinə daxil edilir. Həmin məhsullar başqa formada olduqda «təmizləyici tozlar və analoji vasitələr» kimi 3405 mal mövqeyinə daxil edilir.
3. 3402 mal mövqşeyində «üzvi səthi- aktiv maddələr» termini o məhsulları bildirir ki, onlar, 200C temperaturda, su ilə 0,5% qatılıqda qarışdırıldıqda və həmin temperaturda 1 saat müddətində saxlanıldıqda:
a) həllolmayan maddə çökmədən, şəffaf və ya yarımşəffaf və ya sabit emulsiya verir; və
b) suyun səthi gərilməsini 4,5x10-2 N/m (45 din/sm)-ə qədər və ya daha aşağı salır.
4. 3403 mal mövqeyində «bitumlu minerallardan alınmış neft və neft məhsulları» termini 27-ci bəndin 2-ci qeydində göstərilən məhsulları bildirir.
5. Aşağıdakı istisnaları nəzərə almaqla, 3404 mal mövqeyindəki « suni və hazır mumlar» termini yalnız aşağıdakıları bildirir:
A) kimyəvi yolla alınmış, mumoxşar xassəli üzvi məhsulları, suda həll olan və ya həll olmayan;
B) müxtəlif növlü mumların qarışdırılmasından alınan məhsulları;
V) tərkibində piylər, qətranlar, mineral maddələr və ya digər materiallar olan, bir və ya bir neçə növlu mum əsasında alınan mumaoxşar xassəli məhsullar.
Bu mal mövqeyinə aşağıdakılar daxil deyil:
a) 1516, 3402 və ya 3823 mal mövqeyinin məhsulları, onlarda mumaoxşar xassələr olsa belə;
b) 1521 mal mövqeyində heyvan və ya bitki mənşəli qarışdırılmamış mumlar, təmizlənmiş və ya təmizlənməmiş, boyanmış və ya boyanmamış;
v) 2712 mal mövqeyinin mineral mumları və ya analoji məhsulları, qarışdırılmış və ya qarışdırılmamış, və ya sadəcə boyanmış və ya boyanmamış; və ya
q) maye mühitdə qarışdırılmış, onun içində dispersləşmiş və həll olmuş mumlar (3405, 3809 və s. mal mövqeləri).
XİF ƏN-ın kodu
Mal mövqelərinin adları
Əlavə ölçü vahidi
Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)
 3401 Sabun; səthi-aktiv və üzvü maddələr və vasitələr, və ya tərkibində sabun olan və ya olmayan, sabun kimi istifadə edilən, uzunsov, parçalar və fiqurlu formada məmulatlar; maye və ya krem halında səthi-aktiv və üzvü maddələr və vasitələr, və pərakəndə satış üçün çəkilmiş və bağlama formasına salınmış, tərkibində sabun olan və ya olmayan; kağız, pambıq, keçə, fetr yaxud yuyucu vasitə ilə hopdurulmuş və ya digər toxunma olmayan materiallar:  
  - uzunsov, parça və ya fiqurlu məmulatlar şəklində sabun və ya səthi-aktiv üzvi maddələr və vasitələr; kağız, pambıq, keçə, fetr yaxud yuyucu vasitə ilə hopdurulmuş və ya digər toxunma olmayan materiallar:  
 3401 11 000 0 -- tualet sabunu (tərkibində dərman vasitələri olan sabun daxil olmaqla) - 15
 3401 19 000 0 -- digərləri - 15
 3401 20 - digər formalarda sabun:  
 3401 20 100 0 -- lopa, vafli, dənəvərlər və ya tozlar - 15
 3401 20 900 0 -- digəri - 15
 3401 30 000 0 - maye və ya krem halında; pərakəndə satış üçün çəkilmiş və bağlama formasına salınmış, tərkibində sabun olan və ya olmayan səthi-aktiv üzvi maddələr və vasitələr - 15
 3402 Üzvi səthi-aktiv maddələr (sabundan başqa); səthi-aktiv vasitələr, yuyucu vasitələr (köməkçi yuyucu vasitələr daxil olmaqla); tərkibində sabun olan və ya olmayan təmizləyici vasitələr (3401 mal mövqeyində təsnif edilənlərdən başqa):  
  - pərakəndə satış üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış üzvi səthi-aktiv maddələr:  
 3402 11 -- anion(lu)  
 3402 11 100 0 --- tərkibində 30 külə% və ya daha çox, lakin 50 külə% az alkil dinatrium (benzolsulfonat) olan su məhlulu - 15
 3402 11 900 0 --- digərləri - 15
 3402 12 000 0 -- kation(lu) - 15
 3402 13 000 1 -- demulqator - 0.5
 3402 13 000 9 -- neionogen(li) - 15
 3402 19 000 0 -- digərləri - 15
 3402 20 - pərakəndə satış üçün qablaşdırılmış vasitələr:  
 3402 20 200 0 -- səthi-aktiv vasitələr - 15
 3402 20 900 0 -- yuyucu və təmizləyici vasitələr - 15
 3402 90 - digərləri:  
 3402 90 100 0 -- səthi-aktiv vasitələr - 15
 3402 90 900 0 -- yuyucu və təmizləyici vasitələr - 15
 3403 Sürtkü materialları (kəsici alətlər üçün, bolt və qayka yivlərinin yağlanması üçün sürtkü-soyuducu emulsiyalar, pasaparıcı vasitələr və pasaqarşı vasitlər, sürtkü (yağ) əsasında hazırlanan, tökmə formalardan qəliblərin çıxarılması üçün preparatlar daxil olmaqla) və tekstil materialların, dərilərin, xəzlərin və digər materialların yağlı emalı üçün istifadə edilən analoji vasitələr, tərkibində 70 kütlə%-dən az olmayan bitumlu minerallardan alınmış neft və ya neft məhsulları olan vasitələrdən başqa:  
  - tərkibində bitumlu minerallardan alınmış neft və neft məhsulları olan:  
 3403 11 000 0 -- tekstil materialların, dərinin, xəzin və digər materialların emalı üçün vasitələr - 15
 3403 19 -- digərləri:  
 3403 19 100 0 --- tərkibində 70 kütlə % və ya daha çox bitumlu minerallardan alınmış neft yağları və ya neft məhsulları olan, lakin əsas komponent kimi yox - 15
  --- digərləri:  
 3403 19 910 0 ---- maşın, mexanizm və nəqliyyat vasitələrinin yağlanması üçün vəsaitlər - 15
 3403 19 990 0 ---- digərləri - 15
  - digərləri:  
 3403 91 000 0 -- tekstil materialların, dərinin, xəzin və digər materialların emalı vasitələri - 15
 3403 99 -- digərləri:  
 3403 99 100 0 --- maşın, mexanizm və nəqliyyat vasitələrinin yağlanması üçün vəsaitlər - 15
 3403 99 900 0 --- digərləri - 15
 3404 Süni mumlar və hazır mumlar:  
 3404 10 000 0 - kimyəvi şəkli dəyişdirilmiş liqnitdən - 15
 3404 20 000 0 - polioksietilen(polietilenqlikoldan) - 15
 3404 90 - digərləri:  
 3404 90 100 0 -- hazır mumlar, surğuclar daxil olmaqla - 15
 3404 90 900 0 -- digərləri - 15
 3405 Ayaqqabı üçün vakslar və kremlər, mebel, döşəmə, nəqliyyat vasitələri, şüşə və metal üçün təmizləyici və cilalayıcı (parıldadıcı) vasitələr; təmizləyici pastalar, tozlar və analoji vasitələr (o cümlədən, göstərilən vasitələrlə hopdurulmuş və ya örtülü, məsaməli, kağız, pambıq içlik, keçə fetr, digər-toxunma materiallar), 3404 mal mövqeyində göstərilən mumlardan başqa:  
 3405 10 000 0 - ayaqqabı və dəri üçün vakslar, kremlər və analoji vasitələr - 15
 3405 20 000 0 - ağac mebel, döşəmə və ağacdan hazırlanan digər məmulatlar üçün polirol, mastika və analoji vasitələr - 15
 3405 30 000 0 - nəqliyyat avadanlığı üçün cilalayıcı vasitələr(polirol) və analoji vasitələr - 15
 3405 40 000 0 - təmizləyici pastalar, tozlar və digər vasitələr - 15
 3405 90 - digərləri:  
 3405 90 10 -- metal səthlərin cilalanması üçün vasitələr(polirollar):  
 3405 90 101 0 --- almaz pastası - 15
 3405 90 109 0 --- digərləri - 15
 3405 90 900 0 -- digərləri - 15
 3406 00 Şamlar, nazik mum şamları və analoji məmulatlar:  
  - şamlar:  
 3406 00 110 0 -- sadə, aromatlaşdırılmamış - 15
 3406 00 190 0 -- digərləri - 15
 3406 00 900 0 - digərləri - 15
 3407 00 000 0 Yapma üçün pastalar, uşaqların istifadə etdiyi yapma plastilin daxil olmaqla; "diş müalicəsi mumu" və ya pərakəndə satış üçün nəzərdə tutulmuş, plitka şəklində, nalşəkilli formada, çubuqlar və oxşar formalarda, dəstlərdə dişlərin surətini çıxarmaq üçün tərkiblər; gips (susuzlaşdırılmış gips və ya kalsium-sulfat) əsasında hazırlanmış, digər diş müalicəsi məqsədləri üçün vasitələr - 15

Hiç yorum yok:

Yorum Gönder

İletişim Adresimiz
www.ithalatihracat.biz
info@ithalatihracat.biz

Related Posts Plugin for WordPress, Blogger...

İletişim Formu/Contact Form

Ad

E-posta *

Mesaj *